Bu gün Rusiya Federasiyasının bir sıra klinika və universitetlərinin nümayəndələri Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Qonaqlarla görüşən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov universitetin çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verib.
“ATU-da tədris prosesi birbaşa olaraq elmi tədqiqatlar, səhiyyədə əldə olunan nailiyyətlər ilə sıx əlaqəlidir.
Azərbaycan Tibb Universiteti (ATU) 1930-cu ildə Bakı Dövlət Universitetinin (BDU) tibb fakültəsinin bazası əsasında yaradılıb. Biz bu il fakültəinin 100 illiyini qeyd etdik. ATU-nun hazırda mövcud olan 4 klinikaları ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası var. 1300-ə yaxın müəllim, 170-yaxın prof 350 yaxın dosent çalışır”.
ATU-nun xarici tələbələrlə iş üzrə dekanı Qorxmaz Əhmədov qonaqlara ATU-nun tədris sistemi, bu sistemdə tətbiq olunan yeniliklər haqqında danışdı. Dekan Artıq üç ildir imtahanlara açıq tipli sualların daxil edildiyini bildirdi: “Yay istehsalat praktikası artıq semestr ərzində keçirilir. Bu ildən etibarən aralıq qiymətləndirmə tətbiq olunur ki, bu da tələbələrin s qiymətləndirməsinin şəffaf olmasında böyük rol oynayır. Aparılan islahatlar nəticəsində ATU-ya qəbul olan əcnəbi tələbələrin sayı əvvəlki illərə nisbətən dörd dəfə artıb. Bu il birinci kursda 670 azərbaycanlı tələbə oxuyursa, 602 nəfər də əcnəbi tələbə var”.
ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assistenti Aygün Babayeva qonaqları ümumilikdə Aazərbaycanda səhiyyə sistemi, xəstəxana və özəl klinikaların fəlaiyyəti, tibb sahəsindəki elmi araşdırmalar və digər məqamlar haqqında təqdimat keçirdi.
Görüşdə Primorsk vilayətinin Artyom uşaq xəstəxanası, Kazan şəhər uşaq xəstəxanası, Belqorad şəhər poliklinikası və digər səhiyyə müəssisələrinin nümayəndələri, həmçinin ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev iştirak edib. Qonaqlar ATU-nun klinikaları ilə tanış olublar, burada yaradılan şəraiti yüksək qiymətləndiriblər. Onlar ATU ilə müxtəlif formatlı əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını bildiriblər.