Fəal tələbələrə fəxri fərman təqdim olundu

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəalları rektor tərəfindən mükafatlandırılıb. Universitetin ictimai-sosial həyatında aktiv iştirak edən tələbələr fəxri fərmanla təltif ediliblər.

 

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli hər il semestrin sonunda fəal tələbələrin təltifləndirilməsi mərasiminin artıq ənənə halını aldığını dedi: "Universitet illəri, tələbə həyatı təkcə oxumaqdan ibarət deyil. Biz ATU-nu dünya səviyyəli universitetlər sırasına çıxarmağa çalışırıq. Bunun üçün qarşımızda uzun yol var. Bu yolda isə bizim ən böyük köməkçilərimiz siz tələbələrsiniz”.

 

G.Gəraybəyli tələbələrlə mütəmadi görüşüb onların üzləşdiyi çətinliklər, təklif və iradlarını dinlədiyini xatırlatdı. Məhz tələbələrin təklifi ilə tədris sistemində bir sıra dəyişikliklərin tətbiq olunduğunu, bu islahatlar hər kəs tərəfindən müsbət qiymətləndirildiyini bildirdi: “Tələbələr aralıq qiymətləndirmənin tətbiqindən razılıq edirlər. Bu da bizləri çox sevindirir. Artıq siain ictimai-siyasi həyatda aktivləşməyiniz də göz qarşısındadır. Artıq mədəni tədbirlərimizdə kənardan kiməsə müraciət etməyə ehtiyac qalmır. Eləcə də, keçirilən intellektual oyunlar, bilik yarışları təqdirəlayiqdir”.

 

Rektor G.Gəraybəyli belə sosial fəlaiyyətlərdə ATU-nun xarici ölkələrdən olan tələbələrinin də iştirakının arzuolunan olduğunu dedi. Çünki bu da ATU-nun reytinqinə, dünyada tanınmasınada bir kömək olaacaq. Çıxışının sonunda ATU rektoru, professor G.Gəraybəyli tələbələri müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi.

 

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimli qeyd etdi ki, son illər ATU-nun həm ictimai, həm də pedaqoji və elmi tədqiqatlar sahəsində böyük irəliləyişlərə nail olunub. Bunlar aparılıan islahatlar və rəhbərliyin gəgin əməyi sayəsində əldə edilib. 

 

“İstənilən millətin yaşaması, inkişafı üçün təməl daşı gənclikdir. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır”. E.Kərimli vurğuladı ki, ATU-da da məhz belə gəncliyin inkişafı üçün zəmin yaradılıb. Tibb Universiteti hazırda dünyanın aparıcı universitetləri ilə hər sahədə əməkdaşlıq edir.

 

“ATU-da çox bacarıqlı və istedadlı tələbələr təhsil alır. Onların aşkarlanıb üzə cıxarılması bizim – Tələbə Həmkarlar İttifaqı Komitəsinin əsas vəzifələrindən biridir. Belə tələbələr ilboyu müxtəlif ideya və təkliflərlə THİK-ə müraciət edir, biz də onların təkliflərinin həyata keçirilməsinə yardım edirik” deyən THİK sədri bu yardımın ATU rəhbərliyinin, xüsusilə rektorun dəstəyi olmadan mümkünsüz olduğunu da vurğuladı. Qeyd etdi ki, hazırda ATU-da tələbə təşkilatlarının əlaiyyətinə ciddi dəstək göstərilir. Sədr THİK adından bu diqqətə görə təşəkkürünü çatdırdı və tələbələrin də bu etimadı doğrultmaq üçün var gücü ilə çalışmağa hazır olduqlarının bildirdi. 

 

Daha sonra tədbirdə ATU THİK-in İdarə Heyətinin üzvləri aşağıdakı tərkibdə təqdim olundu. 
1.Rəşad Məmmədli - Tələbə Həmkarlar İttifaqının sədr müavini, əczaçılıq fakültəsinin sədri 
2. Cavid Mustafazadə - Tələbə Həmkarlar İttifaqının sədr müavini, MP-1 fakültəsinin sədri 
3.Ləman Pirməmmədova - Stomatologiya fakültəsinin sədri
4. Ella Qocayeva - İctimai Sağlamlıq fakültəsinin sədri
Eyni zamanda, THİK nəzdindəki departament və klubların rəhbərləri də təqdim edildi.

1. Nərgiz Namazlı - Jest dili klubunun sədri
2. Yunis Məmmədli - Debat klubunun sədri 
3. Vüsalə Məhərrəmli - Film klubunun sədri
4. Nihad Novruzov - Teatr dərnəyinin sədri

 

Sonra MPFI THİK sədri müavini Cavid Mustafazadənin təqdimatında təşkilatın 2018-2019-cu illər üçün yekun hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Eyni zamanda, tələbələrdən Məhərrəm Alimli, Etibar Abbasov, Fidan Həsənli, Nihad Novruzov, Dilbər Əliyeva çıxış edərək növbəti dövr üçün fəlaiyyətlə bağlı təkliflərinin səsləndirdilər, göstərilən dəstəyə görə ATU rektoruna təşəkkürlərini bildirdilər. 

 

Tədbirin sonunda 20 tələbə universtetin ictimai həyatında göstərdiyi fəallığa görə rektor tərəfindən fəxri fərmana layiq görüldü. Yekunda xatirə şəkli çəkdirildi.