ATU nümayəndələri prezident tərəfindən təltif olundular

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 11 iyun 2019-cu il tarixli sərəncamı ilə bir qrup səhiyyə işçilərini “Tərəqqi” medalı və fəxri adlarla təltif edib. Onların arasında Azərbaycan Tibb Universitetinin əməkdaşları da var.

 

Belə ki, ATU-nun patoloji anatomiya kafedrasının müdiri, professor Həsənov Ədalət Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

 

Yoluxucu xəstəliklər kafedrasının professoru Nərgiz Hüseynova və insan anatomiyası və tibbi terminalogiya kafedrasının dosenti Arifə Məmmədova Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” adına layiq görülüblər.