ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, T.Q. Tağı-zadə 13-15 iyun, İrlandiyanın Dublin şəhərində keçən 9-cu Avropa Pediatrların Kongresi və Avropa Pediatrların Assosiasiyasının Baş Assambleyasınna spiker kimi dəvət olunmuş və məruzələrlə çıxış etmişdir.
13-15 iyun 2019-cu il tarixdə İrlandiyanın Dublin şəhərində Avropa Pediatrların Assosiasiyası, İrlandiyanın Tibb Kral Kollecinin və s. təşkilatlar tərəfindən “The 9–th European Paediatric Congress, General Assembly of the European Paediatric Association Union of National Paediatric Societies and Associations” keçirildi. Tədbirin əsas mövzusu: "Uşaqların sağlamlığını idarə edilməsində terapevtik və profilaktik innovasiyalar" idi, hər iki ildən bir bu qabaqcıl elmi tədbir Avropa və Dünya alimlərinin arasında körpülər quraraq, Avropa və digər qitələrdən pediatrları bir araya gətirir və gözəl bir ənənəyə çevirilib.
Dosent T. Q. Tağı-zadə - "National Immunization Calendar in Azerbaijan", “Electronic health cards. Overview from Azerbaijan” mövzularında ölkəmizdə xəstəliklərin profilaktikasından, Azərbaycan dövlətinin uşaqlara göstərdiyi qayğısından, Azərbaycan Səhiyyə Nazirliyinin uşaq sağlamlığı ilə bağlı, həyata keçirdiyi bir çox dövlət programlarından və Azərbaycan Pediatrlar Asosiassiyasının ("01-02.06.19 Karabakh, 10 km from the line of fire, a charity event of a comprehensive physical study of refugee children and IDPs by doctors of the Azerbaijan Pediatricians Association ") qaçqınların məskunlaşdığı ərazıdə keçirdiyi xeyiriyyə-muayinə aksiyasından ətraflı slaydlı məruzə təqdim etdi. Məruzədən sonra 9-cu Avropa Pediatrlar Kongressinin Prezidenti, Doktor Ellen Krayşell - (President 9th Europaediatrics & Dean of Faculty of Pediatrics at the Royal College of Physicians of Ireland) mənalı və ətraflı məlumatlara görə xüsusi, şəxsən öz dərin minnəttarlığını T. Q. Tağı-zadəyə bildirdi.
Avropa Pediatrların Kongresində- EPA/UNEPSA-ın tədbirində ÜDST-ından, İngiltərə Krallığından, İtaliyadan, Türkiyədən, İsveçrədən və s. ölkələrdən alimlər iştirak edirdi. Konqres 1654-cü ildə qurulan İrlandiyanın Kral Tibb Kolleci yaxınlığında və 1591-ci ildə yaradılan tarixi Trinity Kollecinin bir çox tibb alimlərinin və Nobel mükafatlarının qaliblərinin (Graves, Corrigan, Stokes, Colles və s.) evləri olan, şəhərin mərkəzindəki iconic Konvensiya Mərkəzində təşkil olunmuşdur. Tədbirin üç günü ərzində 75-dən çox ölkədən nümayəndələr heyyəti iştirak edti və 900-dən çox abstrakt nəşr edildi. Qeyd etmək lazımdır ki, iştirakçıların arasında dinləyici və "posterlər"-lə cavan azərbaycanlı alimləri də iştirak edirdi: Bəyaz Babayeva (ATU), Ayaz Məmmədyarov, Mehriban İbrahimova və b.