ATU-nun Start Up komandası “İnnocamp” düşərgəsində iştirak edib

Şamaxıda startapçı tələbələr üçün “İnnocamp” innovasiya yay düşərgəsi keçirilib. Burada Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində baş tutmuş startap turlarının finalçıları iştirak edib. 18 komandanı təmsil edən 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçirilib.

 

Düşərgədə Azərbaycan Tibb Universitetinin (ATU) StartUp komandası da iştirak edib. Komanda üzvləri Etibar Abbasov, İsmayıl Nəzərli və Məhərrəm Alimli düşərgədə "Palliativ+ " layihəsinitəqdim ediblər. Layihənin məqsədi ölkəmizdə palliativ qulluq xidmətinin daha əlçatan vəziyyətə gətirməkdir.

 

ATU komandası 3 gün davam edən təlimlərdə aktiv iştirak ediblər və öz startapların inkişafı üçün mütəxəsislərdən dəyərli məlumatlar alıblar. Onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat verilib. Düşərgədə bu sahədə bilik mübadiləsi aparılıb və ümumi ekosistemin formalaşdırılmasının müzakirə edilib.

 

Qeyd edək ki, “İnnocamp” innovasiya yay düşərgəsi 29-31 avqust tarixlərində Şamaxıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı, “İ2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilib.