ATU TCK-da daha bir riskli əməliyyat uğurla icra edilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti riskli əməliyyat uğurla icra olunub. Belə ki, 81 yaşlı xəstə qadında zəhərli zob əməliyyatı keçirilib.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının endokrinoloq cərrahı Azər Hümmətovun verdiyi məlumata görə, yaşlı xanım son bir il ərzində zəhərli zobdan dərman müalicəsi alıb. Lakin müalicə effekt verməyib. Xəstədə boğulmalar artıb və tireostatik dərmanların yan təsirləri müşahidə olunub.

 

“Digər xəstəxanalarda xanımn yaşına görə əməliyyat riskli sayıldğından, buna razılıq verilməyib. Lakin Tədris Cərrahiyyə Klinikasında xəstənin 81 yaşı olmasına baxmayaraq, planlı olaraq əməliyyata hazırlandı. Avqustun 28-də xəstədə total tiroidektomiya əməliyyatını icra etdik”.

 

Əməliyyatın uğurla başa çatdığını deyən A.Hümmətov əməliyyatı icra eədn həkimlərə və ATU Tədris Cərrahiyyə Klinikasının kollektivinə təşəkkür edib.