Ölkəmizi bu tədbirdə Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, ATU I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d. Taryel Ömərov təmsil edib.
3-7 sentyabr tarixlərində İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən 24–cü Dünya Bariatrik-Metabolik cərrahlar konqresində ( 24 th WORLD KONGRES IFSO - International Federation for the Surgery of Obesity and Metabolic Disorders) 67 ölkədən 3 mindən çox mütəxəssis iştirak edib.
Piylənmənin və metabolik xəstəliklərin cərrahi müalicəsindən bəhs edən bu konqresdə Bariatrik-Metabolik cərrahiyyə sahəsində 250-dən mütəxəssis çıxış edib.
Təmsilçimiz Taryel Ömərovun baraitrik-Metabolik cərrahiyyə metodlarından ən çox tətbiq edilən mədənin boylama rezeksiyası (Sleeve gatsrectomy) əməliyyatının modifikasiyasından bəhs edən “DOES OMENTOPEXY PLAY A ROLE İN PREVENTİNG COMPLİCATİONS DURİNG SLEEVE GASTRECTOMY PROCEDURE?” adlı çıxışı maraqla qarşılanıb.