Klinikada yatan xəstələrin və cərrahiyyə əməliyyatların sayı artıb
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə klinikasında yay ayları üzrə hesabat konfransı keiçirilib.
Toplantıda çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev kafedra və şöbə müdirlərinə yeni tədris ilində uğurlar diləməklə yanaşı, onları daha aktiv olmağa çağırdı: “Digərlərindən fərqli olaraq, Tədris Cərrahiyyə Klinikasında həm tədris, həm müalicə aparılır. Tədris bizim işimizin çox həssas hissəsidir - verdiyimiz təhsil gələcək həkimlərimizin peşəkarlığını təmin edir. Ona görə də tələbələrin daha çox praktikaya cəlb olunması, əməliyyatalara salınması vacibdir”. S.Hadıyev klinikada müalicə üzrə fəaliyyətin gücləndirilməsi üçün burada çalışan tanınmış alimlər, peşəkar həkimlərini daha fəal olmağa, səhiyyədə mövcud yeniliklərin klinikada tətbiqinə çağırdı.
TCK-nın baş həkimi, professor Ramiz Poluxov klinikanın yay ayları üzrə əldə etdiyi nailiyyətləri açıqladı. Klinikanın içi heyti haqqında məlumat verərək burada ümumilikdə 54 Klinika həkimi, 114 Orta tibb işçisi, 120 Kiçik tibb işçisi fəaliyyət göstərdiyini bildirdi: “Klinikada 14 Kafedra, 29 Şöbə, 405 Çarpayı, 381 Kafedra var. 2018-2019-cu illərin müqaviləsi 8 aylıq ümumi hesabatına əsasən, 2018-ci il üçün ümumi xəstə sayı 69790 idisə, 2019-cu il üçün isə bu say 97665 nəfərədək yüksəlib. Əməliyyat sayı 5886-dan 8792-ə qədər artıb. Stasionarda yatan xəstə sayı 5392-dən 9930-dək artıb. Poliklinik xidmətlərdə isə bu say 76.867-dən 202.081-ə qədər qalxıb”.
Baş həkim R.Poluxov bu nəticələrin həm həkim kollektivinin işinin gücləndirilməsindən, həm də sığorta şirkətləri və fond ilə ortaq fəaliyyətdən qaynaqlandığını vurğuladı. Baş həkim həmçinin şöbələr üzrə aparılan əməliyyat sayları, ağır əməliyyatlar haqqında geniş məlumat verdi.
Daha sonra ATU TCK-nın elmi işlər üzrə direktor müavini, professor Davud Pənahov toplantı iştirakçılarını klinikanın tədris ilinin başlanğıcı üçün aparılan hazırlıq işlərilə tanış etdi. Qeyd olundu kİ, cari tədris ilininin payız semestrində bütün kafedralar üzrə 125 birləşmə və 340 qrupda davam etdiriləcək. Qruplarda dərslərin əsasən Azərbaycan dilində, həmçinin ingilis və rus dillərində tədris edilməsi nəzərdə tutulur. “Klinikamızda mühazirələr üçün 7 auditoriya, təcürbə məşğələləri üçün isə 55 dərs otağı ( 23 pb) təchiz olunub. Bunlarla yanaşı, əməkdaşlar üçün nəzərdə tutulan 50 otaq lazım olan vasitələrlə təchiz olunub və burada da təcrübə məşğələlərinin keçirilməsi nəzərdə tutulur. Daha 6 yeni tədris otağı inşa olunub. Yay tətilində dərs otaqlarının əksəriyyətində cari təmir aparılıb. Dərs otaqlarının 27-də müasir TV-monitor quraşdırılıb”.
D.Pənahov həmçinin Tədris treninq mərkəzində bacarıqların icrası üçün nəzərdə tutulmuş otaqlar müvafiq ləvazimatlarla təmin olunduğunu, rezidentlərin fəaliyyəti haqqında da geniş məlumat verdi.
Sonda ATU-nun müalicə və tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev toplantı iştirakçılarına müvafiq tövsüyələrini səsləndirdi, onlara yeni tədris ilində uğurlar dilədi.