Azərbaycan Tibb Universiteti, Azərbaycan Ümumi və toksikoloji kimya kafedrasının assistenti Kəmalə Bədəlova nüfuzlu beynəlxalq jurnalın Münsiflər Heyətinə üzv seçilib. Bu haqda K.Bədəlovaya Beynəlxalq İncəsənət, Humanitar Elmlər, Ədəbiyyat və Elm Jurnalının baş redaktorundan (International Journal of Arts, Humanities, Literature and science – İJAHLS) təsdiq məktubu daxil olub.
Məktubda qeyd edilib ki, ATU-nun təmsilçisi Beynəlxalq İncəsənət, Humanitar Elmlər, Ədəbiyyat və Elm Jurnalı Münsiflər Heyətinə üzv seçilib. Bu vəzifədə K.Bədəlova jurnala göndərilən elmi araşdırmalara rəy verilməsi prosesində iştirak edəcək, etibarsız araşdırmaları müəyyənləşdirib, plagiat və digər problemləri üzə çıxarmaqla etik pozuntuların qarşısını almağa kömək edə biləcək. Baş redaktor ATU-nun nümayəndəsi Kəmalə Bədəlovanın jurnalın işinə töhfə verəcəyindən əminliyini bildirib.