Sentyabrın 13-də II Müalicə-Profilaktika fakültə dekanlığının rəhbərlərinin adıçəkilən fakültənin III-IV kurs tələbələrinin qrup nümayəndələri ilə görüşü keçirilib. Görüş zamanı 2019/2020-ci tədris ilinə aid olan jurnallar qrup nümayəndələrinə təqdim olunub.
Fakültənin III-IV kurs üzrə dekan müavini Arzu Bəydəmirova qrup nümayəndələrini dərs cədvəli ilə tanış edib, onları tədris və klinikalarda keçəcəkləri təcrübə zamanı edəcəkləri davranışlar, ümumi qaydalar və s. ilə bağlı ətraflı şəkildə məlumatlandırıb. Tələbələrə dərsə davamiyyət zamanı gecikməmələri, boş vaxtlarında nəzəri biliklərlə yanaşı, təcrübəyə də üstülük vermələri ilə bağlı lazımi tövsiyələrini verib.
Tələbələri maraqlandıran sualları ətraflı şəkildə cavablandıran A.Bəydəmirova, qrup nümayəndələrini istər universitetin ictimai həyatında, istərsə də tələbə yoldaşlarının üzləşdikləri problemlərinin aradan qaldırılması istiqamətində fəal olmağa dəvət edib.