Sentyabrın 14-də Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültə dekanlığının rəhbərliyi universitetə bu il qəbul olmuş tələbə və onların valideynləri ilə görüş keçirib. Fakültənin dekanı, dosent İsrail Məhərrəmbəyli I kursa qəbul olmuş tələbələri və valideynlərini təbrik edərək yeni tədris ilində onlara uğurlar arzulayıb.
Sonra universitetin qayadaları, nizam-intizam, imtahanların hansı qayda ilə aparıması və s. ilə bağlı onlara ətraflı məlumat verib. Dekan, həmçinin unversitetdə Boloniya təhsil sisteminin tətbiqi, bu sistemin üstünlükləri ilə bağlı da iştirakçıları məlumatlandırıb və bu il universitetə daxil tələbələrin 80 faizinin dövlət hesabına təhsil alacağını diqqətə çatdırıb.
Tələbələrin ATU-da yüksək səviyyədə istər nəzəri, istərsə də praktik təhsil almaları üçün universitet rəhbərliyi tərəfindən hər cür şərait yaradıldığını, onların istifadəsində yataqxanaların, idman kompeksinin, klinikaların olduğunu qeyd edib.
Dekan müavini Sevinc Məhərrəmova da univerisitetdə son dövrlər aparılan islahatlardan və uğurlardan söhbət açıb.
Prezident təqaüdçülərini təbrik edən dekan müavini tələbələrin bilklərə yiyələnməsi üçün hər il tədris sistemində yeniliklərin və təkmilləşdirmələrin aparıldığını qeyd edib. Onlara umumi qaydalar və lazımi məqamlarla bağlı məlumat verərək, yeni tədris ilində uğurlar arzulayıb.