Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşlarının digər alimlərlə birgə hazırladığı yüksək İmpakt faktorlu (İF-4.513) Molecular Liquids jurnalında dərc edilib və ScienceDirect indeksləmə bazasına daxil edilib.
Yüksək rəy alan "Effects of head group on the properties of cationic surfactants containing hydroxyethyl- and hydroxyisopropyl fragments” məqaləsi ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrasının əməkdaşı, prof. E.K. Qasımov, ETM-in Elektron Mikroskopiya laboratoriyasının əməkdaşı b.ü.f.d. F.H. Rzayev, Tibbi Mikrobiologiya və İmmunologiya kafedralarının əməkdaşı t.ü.f.d. S.A. Muradova tərəfindən digər alimlərlə birgə hazırlanıb. Elmi məqalə ETM-in Elektron Mikroskopiya laboratoriyası, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu, Bakı Dövlət Universiteti və Rusiyanın Millətlər Dostluğu Universitetinin alimləri ilə birgə yerinə yetirilib.
ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasında Neft-Kimya Prosesləri İnstitutu tərəfindən sintez olunmuş səthi aktiv maddələrin bioloji aktivliyini öyrənmək məqsədilə müxtəlif növ bakteriya (qramm mənfi - Pseudomonas aeruginosa, Escherichia coli və qramm müsbət - Staphylococcus aureus) və göbələyə (Candida albicans) qarşı müxtəlif dozalarda istifadə olunmuş, Elektron Mikroskopiya laboratoriyasında həmin mikroorqanizmlərin maddələrin təsirindən sonra onların ultrastrukturunda baş verən dəyişikliklərin elektronoqrammaları hazırlanmış, Histologiya, embriologiya və sitologiya kafedrasında isə əldə olunan məlumatların təhlili və şəkillərin təsviri yerinə yetirilib.
2018-ci ildən ATU ilə Gürcüstanın İ.Beritaşvili adına Eksperimental Biotibb Mərkəzi və İlia Dövlət Universiteti arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin müddət ərzində ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrası və ETM-in Elektron Mikroskopiya laboratoriyası yuxarıda adı qeyd olunan elmi müəssisələrlə qarşılıqlı elmi-tədqiqat işləri yerinə yetiriblər. Bundan əlavə tədqiqatlara digər ölkələrin alimləri də (Derrick Fraser MacFabe - Kilee Patchell-Evans Autism Research Group, London, Canada; Maastricht University, Netherlands) daxil olmaqla beynəlxalq işçi qrup yaradılıb. Təcrübələr Gürcüstanda qoyulmaqla bütün elektronoqrammalar ATU-nun Elektron Mikroskopiya laboratoriyasında hazırlanıb, Histologiya, embriologiya və sitologiya kafedrasında isə şəkillər təsvir, təhlil olunmuş və bəzi elmi məsləhətlər də verilib. Elmi işlərin bir hissəsi yekunlaşmaqla əldə olunan nəticələr 2019-cu ildə “Effect of propionic acid on the morphology of the amygdala in adolescent male rats and their behavior” adlı məqalə ilə nüfuzlu və impakt faktorlu MICRON jurnalında dərc edilmişdir. Həmmüəlliflər arasında ATU-nun Histologiya kafedrasının müdiri, prof. Eldar Qasımov və Elektron Mikroskopiya laboratoriyasının b.e.i., b.ü.f.d. Fuad Rzayev də vardır.
Elmi məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.
https://www.sciencedirect.com/…/a…/abs/pii/S0167732218335888
Elmi məqalə ilə PubMed (https://www.ncbi.nlm.nih.gov/pubmed/31437571) və ScienceDirect (https://www.sciencedirect.com/…/arti…/pii/S0968432819301817…) indeksləmə bazalarında tanış olmaq və onlayn yükləmək olar.
Hazırda ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrası və Elektron Mikroskopiya laboratoriyası həm yerli, həm də xarici ölkələrin elmi müəssisələri və alimləri ilə əlaqəli şəkildə müştərək işlər yerinə yetirir və yaxın gələcəkdə dünyanın nüfuzlu jurnallarında yeni məqalələrin dərc olunması gözlənilir.