Bizi izləyin:
Heydər Əliyev
ATU-nun əməkdaşı COST-un OC-2025-1 çağırışı üzrə ekspert təyin olundu

ATU-nun əməkdaşı COST-un OC-2025-1 çağırışı üzrə ekspert təyin olundu

Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq toksikologiyası və kimya kafedrasının assistenti Kəmalə Bədəlova COST Assosiasiyasının (Elm və Texnologiyada Avropa Əməkdaşlıq Təşkilatı) OC-2025-1 Açıq Çağırışı üzrə təqdim olunan təkliflərin məsafədən qiymətləndirilməsi üçün Xarici Ekspert qismində seçilib.

K.Bədəlova elmi fəaliyyəti ilə beynəlxalq səviyyədə tanınan tədqiqatçılar arasında yer alır. Onun müxtəlif mövzuları əhatə edən 65-dən çox elmi məqalə və tezisi Web of Science, PubMed və Scopus bazalarında indekslənən, Q1, Q2 və Q4 kvartillərinə daxil olan nüfuzlu elmi jurnal və konfrans materiallarında dərc olunub. O, həmçinin ABŞ, Şimali Kipr, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Özbəkistan və digər ölkələrdə keçirilən bir sıra beynəlxalq simpozium və konfranslarda poster və şifahi məruzələrlə çıxış edib. Kəmalə Bədəlova eyni zamanda Almaniyada nəşr edilən “Recent Advances in Medical Sciences (Volume 3)” kitabının baş redaktorudur.

O, Elsevier və Springer nəşriyyatlarına məxsus jurnalların rəyçisi kimi də fəaliyyət göstərir. Bundan əlavə, ABŞ-da “The Society of Environmental Toxicology and Chemistry (SETAC)” cəmiyyətinin üzvüdür.

Paylaş

Dostlarınız ilə paylaşın.