Belarusun Qrodno Dövlət Tibb Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. ATU rəhbərliyi ilə görüşdə belaruslu mütəxəssislər qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün atılması zəruri olan addımları müzakirə ediblər.
ATU-nun elmi işlər üzrə prorektortoru dosent Rauf Bəylərov qonaqlarla görüşdə əvvəlcə ali məktəbin tarixi haqqında danışıb. Universitetin 90 illiyinin, ATU-nun əsasını təşkil edən kafedranın isə 100 illiyinin qeyd olunduğunu bildirib.
R.Bəylərov ölkənin aparıcı ali məktəbi və elm ocağı olan Azərbacyan Tibb Universitetinin quruluşu, təhsil sistemi, klinikaları və digər məlumatları qonaqların diqqətinə çatdırıb. Qeyd edib ki, ATU artıq uzun illərdir ki, ölkəmizdə tibb elminin inkişafı və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması işinə töhfəsini verməkdədir.
Qrodno Dövlət Tibb Universitetinin müalicə işi üzrə prorektoru, dosent Vitaliy Şişko da təmsil etdiyi ali məktəbin fəaliyyəti haqqında əsas bilgiləri təqdim edib. Qeyd edib ki, səfərin əsas məqsədi Belarusda ilk Universitet Klinkasının açılmasına dair prezident sərəncamının icrası ilə bağlıdır. Qrodno Dövlət Tibb Universitetinin təmsilçiləri Belarusda ilk belə təcrübə olduğuna klinikanın yaradılması ilə bağlı ATU təcrübəsi ilə tanış olmaq niyyətindədirlər.
Görüşdə Qrodno Dövlət Tibb Universitetinin laboratoriya rəyhbəri Mixail Kurbat, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İisayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Müşfiq Orucov, beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova, uşaq cərrshiyyəsi kafedrasının assistenti Namiq Xəlilov iştirak ediblər.
Səfər çərçivəsində Qrodno Dövlət Tibb Universitetinin nümayəndələri ATU-nun Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarında olublar, buradakı şəraitlə tanış olublar. Növbəti günlərdə qonaqlar ATU-nun elmi-tədiqqat mərkəzini ziyarət edəcək, elektron mikroskopun işi ilə tanış olacaqlar.