Debat Klubunun açılışı olub

Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Debat Klubunun açılış mərasimi keçirilib. ATU-nun Fizika-Kimya korpusunda keçirilən tədbirin əsas məqsədi klubun yeni üzvlərinə debat mədəniyyətini nümayiş etdirmək, tələbələrə diskussiya qaydalarını aşılamaqdan ibarətdir.

 

Semestri peşəkar bir oyunla başlamaq üçün açılışda klubun idarəedici komandası tərəfindən "SHOW DEBATE" təşkil olunub.

 

Açılışda klubun sədri – ATU-nun II müalicə-profilktika fakültəsinin 3-cü  kurs tələbəsi Yunis Məmmədli tədbir iştirakçıları üçün debat ailəsindən, bu yaxınlarda başlayacaq turnir və təlimlərdən haqqında geniş məlumat verib.

 

Qeyd edək ki, ATU-nun THİK nəzdində bir çox klub və departamentlər fəaliyyət göstərir.  Bunların sırasında “Elm və təhsil departamenti”, “Kitab və Film Klubu”, “Debat klubu”, “İntellektual oyunlar klubu”, “Teatr dərnəyi”, “Media departamenti” və “ŞHK Klubu”nu qeyd etmək vacibdir.