Hindistanın Azərbaycandakı səfirliyinin ikinci katib Sujesh Chandra Sinha Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan hindistanlı tələbələrlə görüşüb.
Görüşdə iştirak edən ATU-nun xarici tələbələrlə iş üzrə dekanı, dosent Qorxmaz Əhmədov yeni tədris ilinin başlanması münasibətilə onları təbrik edib və uğurlar diləyib. Dekan universitet rəhbərliyi səviyyəsində xarici tələbələrə diqqət və qayğı göstərildiyini bildirib. Qeyd edib ki, öz növbəsində xarici tələbələrlə iş üzrə dekanlıq da başqa ölkələrdən gələn tələbələri hər zaman dinləməyə, üzləşdiyi problemlərin həllində onlara dərhal yardımçı olmağa, təklif və iradlarını eşitməyə hazırdır. Qorxmaq Əhmədov ATU-nun tədris sistemində aparılan innovativ dəyişikliklər haqqında da görüş iştirakçılarına məlumt verib.
Hindistanın ölkəmizdəki səfirliyinin ikinci katibi Sujesh Chandra Sinha ATU-da xarici tələbələr üçün yaradılan şəraitlə tanış olduğunu, burada yüksək səviyyədə qayğı ilə üzləşən tələbələr adından univerditet rəhbərliyinə təşəkkürünü bildirib.
Diplomat tələbələri dinləməyə hər zaman hazır olduqlarını da bildiriblər: “Bilirik ki, qərib ölkədəsiz, çətinliklər olur. Amma səfirlik olaraq daim sizinlə maraqlanırıq. Azərbaycan Tibb Universitetinin rəhbərliyi, dekanlığınız ilə əlaqələrimiz sıxdır. Sevindirici haldır ki, nə universitet tərəfindən, nə də sizlərdən ciddi şikayətlər gəlmir. İnanıram ki, təhsil boyunca ciddi problemlə üzləşməyəcəksiniz”. Müşavir gələcəyin həkimlərini məsuliyyətli olmağa, onları universitetin ictimai həyatında aktiv iştirak etməyə çağırıb.
Sonra görüşdə iştirak edən hindistanlı tələbələr də təklif və istəklərini səsləndiriblər.