Oktyabrın 9-13-də Türkiyənin Antalya şəhərində “Acil cərrahiyyə və travma” Konqresi keçirilib. Beynəlxalq toplantıda Azərbaycan Tibb Universitetinin (ATU) ümumi cərrahiyyə kafedrasının dosenti, t.e.d. Müşviq Həsənov iştirak edib.
Dosent M.Həsənov konqresin plenar iclasında “Lokal ve Diffuz peritonitle ağırlaşmış apendisitlərdə qarın boşluğunun ozonlaşdırılmış məhlulla sanasiyasının effektivliyi” mövzusunda çıxış edib. Müzakirələrdən sonra bu elmi araşdırma xüsusi statusa malik olan “Emerijens surgeon and travma” jurnalında çap edilmək üçün tövsiyə olunub.