Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan edilib və bu məqsədlə ölkənin elm, təhsil ocaqlarında bir sıra müxtəlif formalarda mədəni- kütləvi tədbirlər təşkil olunur.
Bu məqsədlə oktyabrın 11- də Azərbaycan Tibb Universitetinin böyük akt zalında ATU- nun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Nəsimi ili”nə həsr olunmuş “Məndə sığar iki cahan” adlı poeziya günü keçirilib.
Tədbiri açan universitetin TGT- təşkilatının sədri Rauf Vəliyev bildirdi ki, Azərbaycan Dövlət Mədəniyyət universitetinin məzunu, gənc aktyor və qiraətçi Səfa Mehdi bu ədəbi- bədii poeziya gününün qonağıdır. O, Səfa Mehdi haqqında qısa məlumat verərək dedi ki, Nəsimi qəzəllərinin mahir ifaçısı kimi indiyədək bir çox universitetlərdə bu mövzu ilə bağlı çıxışlar edib.
Gənc aktyor, istedadlı qiraətçi Səfa Mehdi, söz xəzinəmizi öz əsərləri ilə zənginləşdirən, ədəbiyyatımızda fəlsəfi şeirin əsasını qoyan dahi Azərbaycan şairi Nəsiminin “ Oyan”, “Ayrılır”, “Ağrımaz”, “Səfər eylə” və bu kimi qəzəllərini musiqinin müşayəti ilə yüksək səviyyədə, obrazlı şəkildə ifa etdi.