Oktyabrın 11-də ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar mərkəzinin təşkilatçılığı ilə “Ürək çatışmazlığının müalicəsində yeniliklər” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan ATU-nun I daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov reqlamentdə bizi dəyişikliklərin olacağını diqqətə çatdırarq müzakirələrin məruzələrdən sonra aparılacağını bildirib.
Əvvəlcə “Xroniki ürək çatışmazlığının müalicəsində paradiqma dəyişir” mövzusunda tibb üzrə fəlsəfə doktoru Qalib İmanov məruzə ilə çıxış edərək ürək çatışmazlığı olan xəstələrin müalicəsində yeni tətbiq olunan dərman preparatlarının əhəmiyyətindən danışıb.
Konfrasda tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmovanın “Ən son tədqiqatların ürək xəstələrində istifadə təcrübəsi” və uzman Dr. İsmayıl Göyüşovun “Ürək çatışmazlığı xəstələrində aritmiya problemləri və onların həlli yolları” mövzusunda məruzələri də dinlənilib.
Müzakirələr zamanı ətraflı fikir mübadiləsi aparılıb, konfras iştirakçılarının dinlənilən mövzuları əhatə edən sualları cavablandırılıb.
Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun professoru Rufulla Abdullayev ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmanın vacibliyini vurğulayıb. Bu baxımdan məruzələrdə kardiologiyanın aktual problemlərinə toxunulduğunu müsbət qiymətləndirən professor gənc mütəxəssislərə öz tövsiyələrini verib.