Oktyabrın 16-da Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin I kursunda təhsil alan əcnəbi tələbələr üçün “Anatoimiya” fənni üzrə 1-ci kolleqium sorğusu keçirilib. Sorğuda 50-dən çox tələbə iştirak edərək onlara verilən suallara cavab verib. Bu barədə məlumat verən İnsan anatomiyası və tibbi terminalogiya kafedrasının müdiri, professor Vaqif Şadlinski açıqlamasında bildirib ki, tədris ili ərzində 3 kolleqium keçirilir:“ 1-ci ilə 3-cü kolleqium sorğusu kafedranın müəllimləri, 2-ci isə Test Mərkəzində aparılır. Sonra hər 3-nün cavabları toplanaraq tələbələrə yekun bal yazılır və sonra Test Mərkəzində imtahan vermələri üçün buraxılır.”
Professor V.Şadlinski, həmçinin yeni tədris ili başlayandan kafedranın müəllimləri tərəfindən proqramlara uyğun olaraq “Anatomiya” fənninin tədris edildiyini, hər gün dərsdənkənar saat 2-dən 6-dək növbətçi müəllimlər vasitəsi ilə onlara preparatlar və s. verildiyini qeyd edib: “Amma əfsuslar olsun ki, bu kurikulumda iştirak edən tələbələr zəiflik nümayiş etdirirlər. Bu səbəbdən məcburuq ki, onlara yenidən əlavə dərs deyək. Özünüz də görürsünüz ki, onların çoxu verdiyimiz suallara qanedici cavab vermədi.”
Kafedra müidir I kursda təhsil alan tələbələrin konsultasiya olunmaları üçün müəllimlərə əlavə tapşırıq veriləcəyini, tələbələrin dərslərini yaxşı mənimsəmələri üçün əllərindən gələcəyini edəcəklərini də qeyd edib.