ATU-nun "Palliativ+ " komandası respublika finalına vəsiqə qazandı

Azərbaycan Tibb Universitetinin (ATU) StartUp komitəsinin "Palliativ+ " komandası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırladığı “İdeyadan biznes” layihəsində iştirak edib. Respublika üzrə 17 komanda içindən finala vəsiqə qazanan 10 komanda arasında "Palliativ+ " komandası da var.

 

Komanda üzvləri oktyabrın 14, 15 və 16-da keçirilən təlimdə iştirak ediblər. Komandanın təlimdə təqdim etdiyi layihə bəyənilib və finala çıxıb. Oktyabrın 17-18-də təkrar təlimlərin keçiriləcəyi nəzərdə tutulur. Daha sonra isə respublika finalında həm juri heyəti, həm də investorlar qarşısında ATU-nun layihəsinin təqdimatı olacaq.

 

Qeyd edək ki, ATU-nun StartUp komitəsinin "Palliativ+" üzvləri Ehtibar Abbasov, İsmayıl Nəzərli, Qəmər Məmmədbəyli, Məhərrəm Alimli, Azad Kərimli və Ülkər Hüseynovadır.