Fransalı rezident ATU-da təcrübə keçib

Fransanın Paris Dekart Universitetinin rezidenti Lidia Pouga Azərbaycan Tibb Universitetində klinikalarası təcrübə proqramını bitirib. O, proqram müddətində Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Tədris-Klinik Mikrobioloji Laboratoriyasında və Tədris Cərrahiyyə Klinikasının Klinik-Diaqnostik Laboratoriyasında təcrübə keçib. Lidia Pouga bu mərkəzlərdə aparılan laborator-diaqnostik müayinələrlə tanış olub, xəstələrdən materialların toplanılması və mikrobioloji nəticələrin şərh olunmasında aktiv iştirak edib.

 

Qeyd edək ki, fransalı rezident Lionun Klod Bernard Universitetini Biokimya ixtisası üzrə bitirib və ele həmin universitetdə neyrofiziologiya sahəsində magistratura təhsili alıb. Sonradan 2017-2010-cu illərdə Pyer və Mariya Küri Universitetində nevrologiya sahəsində doktorantura təhsili alıb. Lidia 2010-15-ci illərdə Monpelye Tibb Universitetində oxuyub. 2015-ci ildə Paris Dekart Universitetində mikrobiologiya və infeksion xəstəliklər ixtisası üzrə rezidentura təhsilinə başlayıb. O, rezidenturanın son semestrini klinikalararası təcrübə proqramı çərçivəsində 01.05.2019-01.11.2019-cu il tarixlərində Azərbaycan Tibb Universitetində keçib.