Rusiyanın Həştərxan şəhərində “Müasir tibbin aktual məsələləri” mövzusunda Xəzəryanı ölkələrin IV Beynəlxalq Elmi praktik konfransı keçirilib. Beynəlxalq toplantıda Azəbaycan Tibb Universitetinin Terapevtik və pediatrik propedevtika kafedrasının əməkdaşları - dosent Rəna Rzayeva və assisten Zərifə Məmmədova da iştirak ediblər.
ATU əməkdaşları konfransda elmi məruzə ilə çıxış ediblər.
Dosent Rəna Rzayeva terapiya seksiyasında şəkərli diabeti olan xəstələrin damarlarında izlənilən dəyişikliklərlə bağlı elmi məruzəni konfrans iştirakçılarının diqqətinə çatdırıb. Maraqla qarşılanın çıxışdan sonra məruzəçi auditoriyanın suallarını cavablandırıb. Toplantının sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Xəzəryanı ölkələrin IV Beynəlxalq Elmi praktik konfransının iştirakçıları akredasiya-simulyasiya mərkəzi və “Tinaki” reabilitasiya mərkəzinin işi ilə də tanış olublar.