ATU-nun "Palliativ+" komandası “Bakutel-2019” sərgisində iştirak edib

Bu günlərdə Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” baş tutub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva sərgidə yerləşdirilən stendlərlə tanış olublar.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiya agentliyinin təşkil etdiyi “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən StartUp müsaqibəsinin finalçıları da "Bakutel"də öz layihələrini nümayiş etdiriblər. Sərgidə Azərbaycan Tibb Universitetinin (ATU) StartUp komandası olan, "Palliativ+" komandasının üzvləri də iştirak ediblər.