ATU həyətində 100-ə yaxın ağac əkilib

Imadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə ağacəkmə kampaniyasına Azərbaycan Tibb Universiteti (ATU) də öz töhfəsini verib. Universitetin həyətində keçirilən aksiyada həm abadlıq işləri görülüb, həm də ağaclar əkilib.

Başda ATU rektoru professor Gəray Gəraybəyli olmaqla universitet rəhbərliyinin nümayəndələri, fakültə və şöbə rəhbərləri birlikdə universitet ərazisində ağac əkiblər. Aksiya zamanı professor Gəray Gəraybəyli universitetin həyətində planlaşdırılan abadlıq və təmir işləri ilə maraqlanıb.

ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımovun sözlərinə görə, aksiyada universitet həyətində 100-ə yaxın ağac əkilib. Aksiyanın məqsədi ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası işinə iştirak etmək, həmçinin universitet ərazisində abadlıq işlərinin aparılmasına yardım etməkdən ibarətdir.