ATU tələbələri “Mehmanxana sahibəsi” tamaşasını izləyiblər

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə komitənin aktiv tələbələri “Mehmanxana sahibəsi” tamaşasını izləyiblər.

 

Komitənin təşkil etdiyi bu addım, tələbələri motivasiya etmək üçün nəzərdə tutulub. Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən tamaşaya 25-ə yaxın tələbə aparılıb.

 

Qeyd edək ki, ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi aktiv tələbələrin daim incəsənət verilişlərində, yarışlarda iştirakını təmin edir.