Qidalanmada gigiyenik risklər barədə növbəti seminar keçirilib

Azərbaycan Tibb Universitetinin ictimai səhiyyə fakültəsinin tərkibində fəaliyyət göstərən Capasity Building klubu tərəfindən tələbələr üçün seminar keçirilib. 

 

Seminarda ictimai səhiyyə dünya miqyasında qəbul edilən, lazımlı bir fakültə olduğu bildirib. Bu fakültəni bitirənlərər arasında dünyanın bir sıra qabaqcıl ölkələrinin nüfuzlu klinikalarında, elmi-tədqiqat mərkəzlərində çalışanlar olduğu deyilib. Ölkəmizdə də uğur qazananlar az olmadığı, onlardan biri də “Silk Way Airlens” MMC-nin “Sky Catering” Filialının Gigiyena şöbəsinin müdiri Sevinc Nəsirova olduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

 

Mövcud patologiyaların 80-90 faizi qida amili ilə bağlıdır. Bu səbəbdən gələcək nəslin sağlam yetişməsi, ölüm göstəricilərinin azalması üçün sağlam qidalanma prioritet məsələlərdəndir. Təşkil olunan seminar da elə bu aktual məsələyə həsr olunub”.

 

Sonra S.Nəsirova “Qidalanmada gigiyenik risklər” mövzusunda məruzə ilə çıxış edib. O, seminar iştirakçılarına qida risklərinin vacib aspektləri ilə bağlı geniş məlumat verib. Həmçinin təhlükəli qidaların insan orqanizmi üçün hansı fəsasdlar törətməsindən, bundan necə qorunmağın yollarından və digər məsələlərlədən bəhs edib.

 

Mövzu iştirakçıların böyük marağına səbəb olub, onları maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırılıbdır.