ATU rezidentləri “Qocalar evi”nin sakinlərini müayinə etdilər

2 Fevral - Gənclər günü münasibəti ilə Azərbaycan Tibb Universitetinin (ATU) bir sıra rezidenti Bilgəh qəsəbəsində yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində aksiya həyata keçiriblər. ATU-nun rezidentura və magistratura şöbəsinin təşəbbüsü ilə baş tutan aksiya çərçivəsində “Qocalar evi”nin sakinləri müayinə edilib.

 

Aksiyada oftalmoloq, LOR, pulmanoloq, terapevt, qastroentroloq, revmatoloq, USM həkimi, kardioloq, endokrinoloq və hematoloq ixtisaslı rezidentlər və həkimlər iştirak ediblər. Müayinə olunan yaşlı insanlar lazımi dərmanlarla da təmin olunublar.