Azərbaycanın bütün sahələrdə qazandığı uğurlarda qadınların misilsiz xidmətləri vardır. Səhiyyə və təhsil sahəsində çalışan qadınların əziyyəti xüsusilə çoxdur. Bu fikirləri Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli universitetin qadın kollektivi ilə görüşündə bildirib.
Qadınları qarşıdan gələn 8 Mart bayramı münasibətilə bütün xanımları təbrik edən rektor G.Gəraybəyli qeyd edib ki,bu gün qadınlar respublikamızda aparılan islahatlarda və quruculuq işlərində çox yaxından iştirak edirlər. Onlar Azərbaycanın hər sahədə inkişafı işinə töhfələrini əsirgəmirlər. Bu işdə hər kəsə uğurlar diləyən rektor G.Gəraybəyli ATU-nun qadın kollektivinə cansağlığı və ailə səadəti arzuladı.