Son zamanlar koronavirus sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Bəzən sosial şəbəkə istifadəçiləri fərqinə varmadan cəmiyyətə yanlış məlumatlar aşılamağa çalışırlar. Fikirləşmirlər ki, hər hansı dezinformasiya cəmiyyətdə mənasız təşviş və həyəcanın yaranmasına səbəb olur:
“Koronavirusla bağlı sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının da adı əsasız şəkildə hallandırılır. Güya klinikamızda koronovirus şübhəsi olan xəstə mülicə alır. Amma bu barədə yazılan informasiyalar həqiqəti əks etdirmir. Klinikamızda nəinki koronavirus şübhəsi olan xəstə, heç hərarəti olan xəstə belə yoxdur. Əgər bizə yüksək hərarətli xəstə müraciət edərsə, biz onu qəbul etmir, 1 Saylı Şəhər Klinik Xəstəxanasına yönləndiririk. Bizdə nə infeksiya şöbə fəaliyyət göstərir, nə də infeksionis həkimimiz var. Belə bir şəraitimiz olmadığından, koronovirus şübhəli xəstələri klinikamıza qəbul etmək imkanımız yoxdur” – deyən Terapevtik Klinkanın derektoru Samir Allahverdiyev sosial şəbəkə istifadəçilərini heç bir əsas olmadan yalan informasiyalar yaymamağa, əhalini bu cür dezinformasiyalara inanmamağa dəvət edib.