Koronavirusla mübarizədə müsbət nəticələr əldə etsək də, təhlükə hələ də qalmaqdadır. Respublikanın baş infeksionisti, ATU-nun yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayevin sözlərinə görə, İnsanlar qaydalara əməl etməsə, virus yenidən alovlana bilər:
“Yoluxma halları azalsa da, virus təbiətdə və insanlar arasında dövr edir. Ona görə də müəyyən bir anda yenidən baş qaldıra bilər. Mən belə düşünürəm ki, hər dəfə soyuqlar düşəndə, qış fəsli gələndə COVID-19 infeksiyasının yenidən baş qaldırması ehtimalı qalır. Digər variant isə “SARS-COVİD 2” virusunun tam olaraq çəkilməsidir. Bu variantda infeksiyanın bir daha qayıtmaması da ola bilər. Bəzi dünya ölkələrində olduğu kimi sosial təcrid qaydalarına biganə qalmaq yenidən virusa yolxumaların artmasına gətirib çıxara bilər. Bu səbəbdən insanlarla ünsiyyət zamanı məsafə saxlamağı, gigiyenik qaydalara əməl etməyi gündəlik həyat tərzinə çevirmək lazımdır”.