ATU tələbəsi “Tələbə baharı”da II yerə layiq görülüb

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə hər il ali təhsil müəssisələrinin tələbələri arasında “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilir. Bu ilki seçim turları COVİD-19 pandemiyası ilə əlaqədar onlayn şəkildə baş tutub. İstedadlı gənclərin üzə çıxarılmasında önəmli rol oynayan layihənin seçim turlarına bu dəfə 15 ali təhsil müəssisəsindən 200-dən çox gənc qatılıb.


Festivalın qala-konserti myuzikl formatında keçirilib.

Festivalda ATU-nun Əczaçılıq fakültəsinin 3-cü kurs, 817R1 qrup tələbəsi Yasəmən Cəfərli milli rəqslər (solo) nominasiyası üzrə II yerə layiq görülüb.

Tələbəmizi təbrik edir və gələcək fəaliyyətində uğurlar diləyirik!