Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin Elmi Şurasının onlayn iclası keçirilib.
Fakültə dekanı, dos. Kamandar Yaqubov iclas iştirakçılarına universitetin buraxılış kurslarının semestr və dövlət attestasiyası imtahanları, eləcə də digər kurslarda imtahanların onlayn gedişi haqqında məlumat verib. Ekspertlərə appelyasiya müddətində öz işlərinə daha məsuliyyətlə yanaşmalarını tövsiyyə edib.
K. Yaqubov həmçinin ölkə prezidentinin ATU-nun 90 illik yubileyi ilə bağlı sərəncamı haqqında danışıb. Bu tədbirin universitet üçün olduqca önəmli və şərəfli olduğunu qeyd edib.
Daha sonra müsabiqə məsələlərində 6 namizədin açıq səsvermə yolu ilə səsverməsi baş tutub.
Qeyd edək ki, bütün namizədlər onlayn iclasda iştirak edib. Elmi şura üzvləri namizədlərə səs verdikdən sonra protokola münasibət bildirilib.
Sonda bildirilib ki, əgər COVİD-19 pandemiyası ilə əlaqədar tədris prosesinin onlayn formada aparılması zərurəti yaranarsa, bu prosesə əvvəlcədən daha yaxşı hazırlaşmaq, mühazirə və məşğələ dərsləri üçün lazımi materialları hazırlamaq lazımdır. O cümlədən, ATU rektorunun bu prosesləri mütəmadi olaraq diqqət mərkəzində saxladığını diqqətinə çatdırıb.
İclasda 28 Şura üzvündən 25-i iştirak edib. Şura üzvləri həm bakalavr, həm də magistr pilləsi üçün yeni standartın hazırlanmasını da müzakirə ediblər.