Dünyada və ölkəmizdə hökm sürən COVİD-19 pandemiyası ilə əlaqədar olaraq bütün kütləvi tədbirlərin keçirilməsi dayandırılıb. Bu tədbirlərə "Məzun günü" də daxildir. Bu səbəbdən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli məzunları video vasitəsilə təbrik edib.
Rektor məzunlara uğurlar diləyib və gələcəkdə peşəkar kadr olmaqlarını arzulayıb: "Bugünki çətin dövrdə həkimlərin rolu ön plandadır. Bu gün həkimlərimiz hər kəsin diqqət mərkəzindədir. İstər ölkə rəhbərliyinin, istər ölkəmizin istərsə də xalqımızın. Bu gün sizin üçün çox vacib bir gündür. Altı il ATU-nun auditoriyalarından sonra siz artıq sərbəst həkimlik həyatınıza qədəm qoyursunuz. Bu, böyük bir addımdır. İndiyədək sizin yanınızda universitetin müəllimləri, professor-müəllim heyəti, köməkçi heyəti var idi. Artıq isə sərbəst şəkildə həkimlər qəbul edəcəksiniz. Özünüz sərbəst qərarlar qəbul etməlisiniz, diaqnoz qoyub, xəstəyə düzgün müalicə təyin etməlisiniz. Əminəm ki, universitetdə aldığınız təcrübə və biliklər sizə buna tam imkan verəcək. Sizi ürəkdən bir daha təbrik edirəm, bu şərəfli yolda uğurlar diləyirəm. Arzu edirəm ki, bizim Tibb Universitetinin adını daim uca saxlayasınız!"
https://www.facebook.com/watch/?v=3313209558904628