Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyadan dəvət olunan professor həkim heyətinin üzvləri ATU Tədris Terapevtik Klinikasında olublar. İ.M.Seçenov adına I Moskva Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Sergey Avdeyevin rəhbərlik etdiyi nümayəndə heyəti koronavirusla mübarizədə azərbaycanlı həmkarlarına dəstək məqsədilə ölkəmizə gəlib.
Rusiyalı professor həkim heyəti ilk öncə klinikanın direktoru, professor Surxay Musayevlə görüşüblər. Onlar klinikadakı şəraitlə ətraflı tanış olublar. Sonra Klinikanın müalicə işləri üzrə müavini (baş həkim) Fəridə Hacıyeva, həkim-infeksionist Aygül Əliyeva və şöbələrdə çalışan həkim heyəti ilə koronavirusla mübarizədə əldə olunan ikitərəfli təcrübə və fikir mübadiləsi aparıldı.
Rusiyali professor həkim heyəti klinikada müalicə alan xəstələrlə də görüşərək onların vəziyyətilə tanış olublar, bəzilərini müayinə edərək müalicəsi istiqamətində öz fikirlərini bölüşüblər.