“Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsi çərçivəsində ikinci vebinar baş tutub

Azərbaycan Tibb Universiteti ,ATU Tələbə Gənclər Təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqı “Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsinə start verib.

Layihə çərçivəsində rezidenturaya hazırlaşan tələbə və məzunların hazırlıq prosesinə dəstək vermək məqsədi ilə müvafiq fənnlər üzrə ekspertlərin tələbələrlə onlayn görüşləri təşkil olunur.

İkinci onlayn görüş-vebinar Tibbi mikrobiologiya və immunologiya fənni üzrə baş tutub. Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru Nigar Ağayeva tələbələrlə görüşərək, fənn üzrə imtahana hazırlaşmağa dair tövsiyələrini iştirakçılarla bölüşüb və iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırıb. Onlayn görüş Zoom platforması üzərindən həyata keçirilib və təşkilatın feysbuk səhifəsində canlı yayımlanaraq geniş izləyici kütləsinə çatdırılıb.

2 saatdan artıq davam edən vebinardan ümumilikdə 300 nəfərdən çox tələbə və məzun yararlanıb.

Məlumat üçün qeyd etmək istəyirik ki, ekspert müəllimlər tələbələrin ümumi rəyinə əsasən müəyyən olunub.

Növbəti vebinarlar haqqında məlumat almaq üçün Azərbaycan Tibb Universitetinin və Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının sosial media hesablarını izləməyiniz xahiş olunur.

Tibbi mikrobiologiya və immunologiya fənni üzrə vebinarı təkrar izləmək üçün keçid :
https://www.facebook.com/watch/live/?v=731282224080522&ref=watch_permalink