ATU, Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqı “Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsinə start verib. Layihə çərçivəsində rezidenturaya hazırlaşan tələbə və məzunların hazırlıq prosesinə dəstək vermək məqsədi ilə müvafiq fənnlər üzrə ekspertlərin tələbələrlə onlayn görüşləri təşkil olunur.
Layihə çərçivəsində üçüncü onlayn görüş-vebinar Histologiya, embriologiya və sitologiya fənni üzrə baş tutub. Azərbaycan Tibb Universitetinin Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri,Professor Eldar Qasımov tələbələrlə görüşərək, fənn üzrə imtahana hazırlaşmağa dair tövsiyələrini iştirakçılarla bölüşüb və iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırıb. Onlayn görüş Zoom platforması üzərindən həyata keçirilib və təşkilatın feysbuk səhifəsində canlı yayımlanaraq geniş izləyici kütləsinə çatdırılıb.
3 saata yaxın davam edən vebinardan ümumilikdə 200 nəfərə yaxın tələbə və məzun yararlanıb.
Məlumat üçün qeyd etmək istəyirik ki, ekspert müəllimlər tələbələrin ümumi rəyinə əsasən müəyyən olunub.
Növbəti vebinarlar haqqında məlumat almaq üçün Azərbaycan Tibb Universitetinin və Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının sosial media hesablarını izləməyiniz xahiş olunur.
Histologiya, embriologiya və sitologiya fənni üzrə vebinarı təkrar izləmək üçün keçid
https://www.facebook.com/amusyoatutgt/videos/600704804162269/