Azərbaycan Tibb Universiteti, Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqı “Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsinə start verib. Layihə çərçivəsində rezidenturaya hazırlaşan tələbə və məzunların hazırlıq prosesinə dəstək vermək məqsədi ilə müvafiq fənnlər üzrə ekspertlərin tələbələrlə onlayn görüşləri təşkil olunur.
Layihə çərçivəsində dördüncü onlayn görüş-vebinar Patoloji anatomiya fənni üzrə baş tutub. Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya kafedrasının tədris hissə müdiri,Dos. Müşfiq Orucov və Dos.Rasim Niftalıyev tələbələrlə görüşərək, fənn üzrə imtahana hazırlaşmağa dair tövsiyələrini iştirakçılarla bölüşüb və iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırıb. Onlayn görüş Zoom platforması üzərindən həyata keçirilib və təşkilatın feysbuk səhifəsində canlı yayımlanaraq geniş izləyici kütləsinə çatdırılıb.
2 saatdan artıq davam edən vebinardan ümumilikdə 200 nəfərdən çox tələbə və məzun yararlanıb.
Məlumat üçün qeyd etmək istəyirik ki, ekspert müəllimlər tələbələrin ümumi rəyinə əsasən müəyyən olunub.
Növbəti vebinarlar haqqında məlumat almaq üçün Azərbaycan Tibb Universitetinin və Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının sosial media hesablarını izləməyiniz xahiş olunur.
Patoloji anatomiya fənni üzrə vebinarı təkrar izləmək üçün keçid :
https://www.facebook.com/amusyoatutgt/videos/594147607910522/