Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının aritmoloqu, uzman İsmayıl Göyüşov “COVID-19 müalicəsi zamanı QT intervalı və aritmogenik risk” mövzusunda vebinar keçirib. Doktor İ.Göyüşov qeyd edib ki, koronavirus xəstələrində aritmiyanın rastgəlinməsi sıxlığı fərqlidir. Məsələn,COVİD-19 xəstələrinin 7-8 faizində döyüntü şikayəti yaşanır. Bununla belə, pnevmoniya formalaşan xəstələrin 17 faizində aritmiya müşahdə olunur.
Vebinarda QT intervalının düzgün ölşülməsi, QT-yə təsir edən faktorlar açıqlanıb. Əsasən ixtisaslaşmış həkimlər üçün nəzərdə tutulan vebinar qrafikalar, müxtəlif cədvəllər, müvafiq video çarxlar və təsvirlərlə müşayiət olunub. Bir saat davam edən vebinarda İ.Göyüşov canlı yayımda ona ünvanlanan sualları da cavablandırıb.
https://www.youtube.com/watch?v=FqipgRkEy4Q&feature=youtu.be