ATU dosentinin elmi məqaləsi Amerikanın nüfuzlu jurnalında dərc olunub
Azərbaycan Tibb Universitetinin (ATU) beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucovun elmi məqaləsi nüfuzlu “American Journal of Clinical Pathology”-da (Amerika Klinik Patoloji Jurnalı) dərc olunub. "Steatohepatitik hepatosellulyar karsinomanın transkriptomik və proteomik analizi yeni fərqli bioloji xüsusiyyətləri aşkara çıxarır" adlı məqalədə qaraciyər hüceyrəli xərçəngin patologiyasından bəhs edilir.
 
M. Orucov sözügedən elmi məqaləni ABŞ-ın Klivlend Klinikasında ezamiyyətdə olduğu müddətdə Cleveland Clinic, Mayo Clinic, Iowa University və Columbia University-nin alimləri ilə birgə hazırlayıb.