Alman professor Tədris Terapevtik Klinikada “Yüksək dozalı C vitaminin infuziyasının müalicəvi əhəmiyyəti” mövzusunda mühazirə edib
Bu gün alman professor dr. Holger Michels Tədris Terapevtik Klinikada "Yüksək dozalı C vitaminin infuziyasının müalicəvi əhəmiyyəti" mövzusunda mühazirə ilə çıxış edib.
Mühazirədən öncə klinika müdiri, professor Surxay Musayev Holger Michels barədə konfrans iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, professor Holger Michels paskorbin (yüksək dozalı C vitamini ilə infuziyon xəstələrin müalicəsi) sahəsində dünya miqyaslı mütəxəssisdir.
Daha sonra çıxış edən alman professor hər kəsə təşəkkür edərək, mövzu ətrafında mühazirə edib.