Stomatologiya üzrə birinci kurs tələbələri ilə onlayn görüş keçirilib
 
Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin rəhbərliyi I kursa qəbul olan tələbələrlə online görüş keçirib.
 
 
Görüşdə fakültə dekanı dosent Səid Əhmədov iştirakçıları Azərbaycan xalqının böyük zəfəri münasibəti ilə təbrik edib: “Hər birinizi təbrik edirəm, Ölkə olaraq böyük zəfərə imza atdıq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində mənfur düşmənin zəbt etdiyi torpaqlarımız geri qaytardı. Qələbə sevincini bizə bəxş edən Ali Baş Komandana, şanlı Ordumuza sonsuz təşəkkür edir, Vətən uğrunda şəhid olmuş bütün qardaşlarıma Allahdan rəhmət, ailələrinə səbir diləyirik”.
 
 
Dekan S. Əhmədov koronavirus pandemiyası ucbatından hazırda ölkədə və dünyada hökm sürən gərgin vəziyyətlə əlaqədar təhsilin distant formada aparıldığını da xatırlatdı: “Bizim universitet müəllimlərimiz onlayn dəsrlərdə iştirak edirlər. Bununla yanaşı, çox geniş beynəlxalq əlaqələrə malik olan ATU-nun bəzi xarici ölkələrin universitetiləri ilə qarşılıqlı əməkdaşlıq memorandumu var. Hazırda tələbələrimiz Türkiyənin Ankara və Qazi Universitetlərinin təşkil etdiyi distant təhsilə qoşularaq, onların tələbələri ilə eyni dərsləri izləmək imkanınız var”. Dekan fakültədə onlayn dərslərin təşkili ilə bağlı zəruri məsələlərdən də danışıb.
 
 
Daha sonra fakültənin akademik məsləhətçisi Aysel Həşimova tələbələri maraqlandıran sualları cavablandırıb.