Azərbaycan Tibb Universitetinin (ATU) Nevrologiya kafedrasının müdiri professor Şərif Mahalov və həmin kafedranın assistenti t.ü.f.d. Şəhla Məlikova, II Mamalıq və ginekologiya kafedrasının müdiri professor Hicran Bağırovanın “Hamilə qadınlarda ilk dəfə yaranan epilepsiya: klinik təzahürlər və doğuşun nəticələri” (New-onset epilepsy in pregnant women: clinical features and delivery outcomes) adlı məqaləsi PubMed indeksasiyalı Seizure - European Journal of Epilepsy adlı nüfuzlu elmi jurnalda çap olunub.
Qeyd edək ki, apardıqları tədqiqatlarda əməkdaşlarımız hamilə qadınlarda epilepsiyanın müxtəlif aspektlərini ətraflı öyrənilib. Alınan nəticələr PubMed indeksasiyalı digər nüfuzlu jurnallarda (Acta Neurologica Belgica, Child's Nervous System) da çap edilib.