ATU Çində keçirilən beynəlxalq onlayn konfransda təmsil olunub
Azərbaycan Tibb Universiteti (ATU) Çində keçirilən beynəlxalq onlayn konfransda təmsil olunub.
Çin Xalq Respublikasının Lanzhou Universiteti və Qansu Əyalətinin Təhsil Departamenti tərəfindən birgə təşkil olunan "Tək kəmər, Tək yol" Universitetlər Alyansının buili konfransı online olaraq keçirilib. Konfransda 17 ölkədən 60-ya yaxın universitetin səlahiyyətli nümayəndələri iştirak edib. Konfrasın mövzusu "Pandemiyadan sonrakı dövrdə beynəlxalq əməkdaşlığa və mübadiləyə yeni yanaşma"ya həsr olunub. Azərbaycan Tibb Universitetini konfransda Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov təmsil edib.