İstanbul Universiteti-Cərrahpaşa ATU-nun yeni tibb bacısı ixtisasına öz dəstəyini verib
 
Son illər Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələri sürətlə inkişaf etməkdədir. ATU dünyanın bir çox ölkələrinin aparıcı tibb universitetləri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalayıb. Bu universitetlər arasında Türkiyənin ali məktəbləri, o cümlədən İstanbul Universiteti-Cərrahpaşa xüsusi yer tutur.
 
İstanbul Universiteti-Cərrahpaşa rektoru, professor Nuri Aydın Qarabağ zəfəri münasibətilə Azərbaycana xalqına öz təbriklərini çatdırıb. Sıx əlaqələrin nəticəsində növbəti addım olaraq, ATU-da yeni açılmış tibb bacısı ixtisası üçün Türkiyədə istifadə olunan dərs vəsaitlərini ATU-ya hədiyyə edib. Biz inanırıq ki, bu kitablar tələbələr üçün olduqca faydalı olacaq.
 
Qeyd edək ki, bu əməkdaşlığın daha da qüvvətləndirilməsində Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibovanın da xüsusi əməyi vardır.