ATU “Magna Charta Universitatum” Xartiyasına üzv oldu

 

 

Azərbaycan Tibb Universiteti Avropanın və dünyanın 900-dən artıq aparıcı ali məktəbini birləşdirən şəbəkəyə qoşulub. ATU “Magna Charta Universitatum” - Universitetlərin Böyük Xartiyasına üzv olub. Üzvlük barədə təklif bu yaxınlarda Azərbaycan Tibb Universitetinə daxil olub.

 

Dünya Universitetlərinin Böyük Xartiyası – (Magna Charta Universitatum) 1988-ci ilin sentyabrında Boloniya Universitetinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş tədbirdə imzalanıb. Bu sənəd Avropa Universitetləri Assosiasiyası və Boloniya Universiteti tərəfindən hazırlanıb.

 

Xartiya hazırda 88 ölkədən 904 universiteti özündə birləşdirir. Xartiyanın əsas məqsədi üzv universitetlər arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsidir. Sənəd həmçinin, tələbələrin, yüksək ixtisaslı kadrların, elmi işçilər və araşdırmaçıların ölkələr arasında sərbəst mübadiləsi işinin gücləndirilməsini nəzərdə tutur.

#ATU #AzərbaycanTibbUniversiteti #BeynəlxalqƏlaqələr #MagnaCharta #İnternationalRelations #AzerbaijanMedicalUniversity