ATU-da ilin fəal tələbələri müəyyənləşdi
Azərbaycan Tibb Universitetinin müxtəlif sahələr üzrə ən fəal tələbələri müəyyənləşib. Ənənəvi olaraq ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi 12 ay boyunca fərqlənən tələbələri ilin sonunda mükafatlandırıb.
 
 
ATU THİK bu dəfə “İlin ən aktiv fakültə sədri” kimi Vahid Rzayevi, “İlin ən aktiv departament sədri” kimi İlkanə Quluzadə, “İlin ən aktiv klub sədri” qismində Dilbər Əliyeva, “İlin ən aktiv fakültə büro üzvü” kimi Vüsalə Məhərrəmli, “İlin ən aktiv klublar üzrə büro üzvü” Elbrus Məmmədov və “İlin ən aktiv büro üzvü” kimi Mədinə Muxtarovanı müəyyən edib.
 
 
İlin ən fəal tələbələrinə ATU THİK tərəfindən müxtəlif xatirə hədiyyələri təqdim olunub.