Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) Oftalmologiya şöbəsinin cərrah oftalmoloqu Leyda Kazımovanın “Nəzər nöqtəsi” məqaləsi “East-West Point of View” beynəlxalq jurnalında orijinal məqalə kimi seçilərək dərc olunub. Jurnal, Ufa şəhərində keçiriləcək onlayn Beynəlxalq Oftalmoloji Konfrans çərçivəsində nəşr olunub.
Elmi-praktik məqalə uşaqların göz əlilliyinin əsas səbəblərindən biri olan yarımcıq doğulmuşların retinopatiyasının (ROP) cərrahi müalicəsinə həsr olunub. ROP xəstəliyin hibrid formasının lazer cərrahiyyəsi nəticəsində reqressiya uğraması qeyd olunub.
Qeyd edək ki, məqalədə qeyd olunan bütün əməliyyatlar ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neantologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlının nəzarəti altında icra olunub.