Azərbaycan Tibb Universitetinin Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri, dosent Nigar Sədiyeva Turkish Archives of Pediatrics jurnalının redaksiya heyətinə üzv seçilib.
Turkish Archives of Pediatrics jurnalı Web of Science-Emerging Sources Citation Index, PubMed, Scopus, Embase, EBSCO, Gale, CINAHL və TUBITAK ULAKBIM TR Index tərəfindən indeksləndirilmiş beynəlxalq, elmi tibb jurnalıdır.