Azərbaycan Tibb Universiteti ilə Ukraynanın Xarkov Milli Tibb Universiteti arasında ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində növbəti tədbir həyata keçirilib.
Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının dosenti Gülnaz Ağayeva Xarkov Milli Tibb Universitetinin pediatriya ixtisası üzrə həkim-internləri üçün “İnkişaf pediatriyası” mövzusunda onlayn mühazirə oxuyub. Tədbir ATU və XMTU beynəlxalq əlaqələr şöbələrinin birgə təşkilatçılığı sayəsində baş tutub. Mühazirə dinləyicilər tərəfindən maraqla qarşılanıb.